Modern.az

Zəfər Partiyasından “ATA İttifaqı” barədə AÇIQLAMA

Zəfər Partiyasından “ATA İttifaqı” barədə AÇIQLAMA

Dünya

22 May 2023, 17:52

"Əziz türk milləti, "ATA İttifaqı" ortaq qərar vermək və hərəkət etmək seçimlərindən imtina edib. Bu gündən etibarən tərəflər sadəcə öz adına qərarlar verəcəklər".

 

Modern.az xəbər verir ki, bu, dağılmış "ATA İttifaqı"na daxil olmuş ultra-sağçı Zəfər Partiyasının bəyanatında qeyd olunub.

 

Bundan əvvəl ittifaqın dağıldığı elan olunmuşdu. İttifaqın namizədi Sinan Oğan yerli vaxtla bu gün 17:00-da, Zəfər Partiyasının sədri Ümit Özdağ isə sabah yerli vaxtla 11:00-da ikinci turda hansı namizədi dəstəkləyəcəklərini elan edəcəklər.

 

İttifaq dağılmazdan əvvəl Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.

 

Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər. Belə ki, Özdağın Kılıçdaroğlunu, Oğanın isə Ərdoğanı dəstəkləməsi ehtimal olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi