Modern.az

Sarkisyan Paşinyanın Qarabağ açıqlamasına münasibət bildirib

Sarkisyan Paşinyanın Qarabağ açıqlamasına münasibət bildirib

Dünya

23 May 2023, 09:48

"Qarabağla bağlı yeni bəyanatlar olmayacaq, onlar dəyişməyib".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın dünənki çıxışına münasibət bildirib.

 

"Məndən cavab tələb etmək təhqir deyil, sadəcə olaraq anlaşılmazdır", - Sarkisyan qeyd edib.

 

Paşinyanın bəyanatından sonra qondarma qurumun "parlament"ində Ermənistanın eks-prezidentlərindən baş verənlərə münasibət bildirilməsi tələb olunub. Separatçıların keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan artıq Paşinyan əleyhinə birgə bəyanatla çıxış ediblər. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da bir qədər fərqli formada bəyanatla məsələyə münasibət bildirib.

 

Qeyd edək ki, dünən Paşinyan Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması barədə fikirlər səsləndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi