Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin nümayəndələri general-mayor Keyt Fillips və Patrik Prayorla görüşüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş generalların İrəvana səfəri çərçivəsində baş tutub.
Bildirilib ki, söhbət zamanı tərəflər regional və qeyri-regional təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər.
Həmçinin Ermənistanla ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.