Modern.az

Allaha nə qədər şükür etsək, azdır - Ərdoğan

Allaha nə qədər şükür etsək, azdır - Ərdoğan

Dünya

23 May 2023, 10:48

"Türkiyə kimi vətənimiz, Türkiyə kimi yuvamız olduğu üçün Allaha nə qədər şükür etsək, azdır".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin hazırkı dövlət başçısı, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan tviter səhifəsində yazıb.

 

"Türkiyə çərkəzi, tatarı, qaqauzu, albanı, pomakı, boşnakı, türkməni, axısqası, özbəki, uyğuru ilə tarix boyunca dara düşən hər qardaşına əmin-amanlıq yurdu oldu. Biz də "harada bir vətəndaşımız, soydaşımız varsa, oradayıq" şüarı ilə Rumelidən Qafqaza heç bir qardaşımızı boynubükük buraxmadıq. Ortaq tarix, dil, inanc və mədəniyyət birliyi içində olduğumuz bütün ölkələrlə yenidən qucaqlaşdıq. Türk Dövlətləri Təşkilatını quraraq türk cümhuriyyətləri ilə bağlarımızı daha da gücləndirdik.

 

Can Azərbaycanla birlikdə 30 illik işğalın ardından Qarabağı azadlığına biz qovuşdurduq. Bosniya və Herseqovinada sel fəlakəti, Albaniyada zəlzələ yaşananda qardaşlarımızın yanında ilk biz olduq", -  Ərdoğan əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi