Modern.az

Bu ölkədə SSRİ hələ də “mövcuddur” - FOTO

Bu ölkədə SSRİ hələ də “mövcuddur” - FOTO

Dünya

23 May 2023, 11:18

Laosun Müdafiə Nazirliyinin akt zalında asılan dünyanın siyasi xəritəsinin görüntüləri yayılıb.

 

Modern.az "RİA Kremlin Pool"a istinadən xəbər verir ki, xəritədə hələ də SSRİ "mövcudluğunu qoruyur".

 

Belə ki, bu zalda bir qədər sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə Laos müdafiə nazirinin danışıqlar aparması gözlənilir. Xəritənin əvvəldən orada qaldığı, yaxud Medvedevlə görüş üçün məxsusi olaraq asıldığı məlum deyil.

 

Köhnə xəritədə həmçinin Yuqoslaviya, Çexoslovakiya, Şərqi Almaniya kimi ötən əsrdə dünya xəritəsindən silinən ölkələr də görünür.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi