Yunanıstanın baş naziri və son seçkilərdə yenidən qalib gələn Yeni Demokratiya Partiyasının sədri Kirakos Miçotakis hökumət qurmaqdan imtina edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, parlament seçkilərində ən çox səs toplayan partiyanın sədri olduğu üçün ölkə prezidenti Katerina Sakelaropulus kabinəni formalaşdırmaq səlahiyyətini Miçotakisə vermişdi.
Lakin o, daha sonra bundan imtina edib. Siyasətçinin addımının səbəbi bəlli deyil. Hazırda prezidentin hökumət qurmağı ikinci ən çox səs toplamış partiyaya həvalə etməsi gözlənilir.
Qeyd edək ki, Miçotakis 2019-cu ildən Yunanıstanın baş naziridir.