Modern.az

Davutoğlu Özdağla dəstək protokolu imzalanmasına qarşıdır - İDDİA

Davutoğlu Özdağla dəstək protokolu imzalanmasına qarşıdır - İDDİA

Dünya

23 May 2023, 14:48

Xəbər verdiyimiz kimi, Türkiyədə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağla "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlu arasında ikincinin prezidentliyə namizədliyinin dəstəklənməsi ilə əlaqədar protokol imzalanması gözlənilir.

 

Modern.az xəbər verir ki, tanınmış jurnalist İsmail Saymaz "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının sədri, sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlunun ultra-sağçı siyasi xətt yürüdən Zəfər Partiyası ilə protokol imzalanmasına qarşı olduğu barədə kulis məlumatları paylaşıb.

 

"Ümit Özdağ və Ahmet Dvavutoğlu daban-dabana zidd adamlardır. Gələcək Partiyası burada qeyd-şərt qoyur. Belə ki, partiyadan Kılıçdaroğluna zəng olunub. "Şifahi anlaşma əldə olunursa, edin. Amma yazılı və öhdəliklər doğuran mətn olacaqsa, biz qarşıyıq", - deyə mövqe ifadə olunub", - Saymaz qeyd edib.

 

Qeyd edək ki, Özdağ protokolla bağlı bunları deyib: "Proses hələ nəticələnmədiyi üçün bu axşam Kılıçdaroğlu ilə bir toplantı da keçirəcəyik. İmzalanacaq protokolla bağlı müzakirələr hələ yekunlaşmayıb. Müsbət davam edən prosesin son mərhələdə də müsbət şəkildə sonlanacağını düşünürəm. Bacara bilsək, sabah saat 11:00-da Kılıçdaroğlu ilə açıqlama verəcəyik".

Bu xəbər ilə bağlı
Özdağdan Kılıçdaroğluya dəstək ANONSU
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi