Modern.az

Paşinyan britaniyalı nazirlə Qarabağı müzakirə etdi

Paşinyan britaniyalı nazirlə Qarabağı müzakirə etdi

Dünya

23 May 2023, 14:59

Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçerti ilə görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş nazirin İrəvana səfəri çərçivəsində baş tutub.

 

Görüş zamanı Leo Doçerti Ermənistanla strateji dialoqun başlanması, müxtəlif istiqamətlərdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib. Ticarət-iqtisadi əməkdaşlıqla bağlı məsələlər, günəş enerjisi və digər sahələrdə proqramların həyata keçirilməsi imkanları müzakirə olunub.

 

Paşinyan qeyd edib ki, Ermənistan hökuməti Britaniya investorlarını Ermənistan bazarına cəlb etməkdə maraqlıdır.

 

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə, regional nəqliyyat və iqtisadi infrastrukturun açılmasına, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyinə, Qarabağ ətrafındakı vəziyyətə, Laçın dəhlizinə toxunublar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi