NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanda səfərdədir.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Bildirilib ki, tərəflər Ermənistan-NATO əməkdaşlığı məsələlərini müzakirə ediblər. Eləcə də Cənubi Qafqazda təhlükəsizlik və sabitlik problemləri barədə fikir mübadiləsi aparılıb.