Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin terrorizmlə mübarizə tədbirlərindən danışıb.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
O bildirib ki, Suriyanın şimalında daha 19 terrorçu zərərsizləşdirilib. "Bununla da 1 ayda 126 terrorçu zərərsizləşdirilmiş oldu", - Akar əlavə edib.
Nazir bundan sonra da terrorçuluqla mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.