Modern.az

Qriqoryan Britaniyanın dövlət naziri ilə görüşüb

Qriqoryan Britaniyanın dövlət naziri ilə görüşüb

Dünya

23 May 2023, 17:16

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət naziri Leo Doçerti ilə görüşüb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, görüş Doçertinin İrəvana səfəri çərçivəsində baş tutub.

 

Görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər. Bu kontekstdə Armen Qriqoryan təhlükəsizliyin təmin edilməsində Ermənistanın səylərini vurğulayıb.

 

Həmsöhbətlər Ermənistan və Böyük Britaniya arasında münasibətlərin inkişafında müsbət dinamikanı vurğulayıb və ikitərəfli münasibətlərin gündəliyinin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi