Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdəki diplomatik nümayəndəliklərdə verilən səslərin bir hissəsi Türkiyəyə gətirilib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, mayın 28-də keçiriləcək səsvermənin ikinci turu üçün xaricdə yaşayan seçicilərdən səs verənlərin sayı 1,5 milyonu ötüb.
Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.