ABŞ-ın keçmiş dövlət katibi, 99 yaşlı Henri Kissincer əmindir ki, Ukrayna və Rusiya 2023-cü ilin sonuna qədər danışıqlar masasına oturacaqlar.
Modern.az xəbər verir ki, Kissincer "CBS News" telekanalına müsahibəsində bu barədə danışıb.
O, Çinin danışıqlarda rol oynadığını deyib. "İndi Çin danışıqlara girib, məncə, ilin sonuna qədər hər şey öz yerinə düşəcək. Biz danışıqlar proseslərindən və hətta real müzakirələrdən danışacağıq", - sabiq dövlət katibi qeyd edib.
Kissincer daha əvvəl Ukraynanın NATO-ya üzv qəbul olunmasını təklif etmişdi.
Xatırladaq ki, ötən ilin fevral arasından bəri Rusiya və Ukrayna arasında müharibə davam edir.