Modern.az

Özdağ nazir olacağı iddiasına aydınlıq gətirdi - YENİLƏNİB

Özdağ nazir olacağı iddiasına aydınlıq gətirdi - YENİLƏNİB

24 May 2023, 17:54

Zəfər Partiyasının sədri Ümit Özdağ "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə daxili işlər naziri postunu tutacağı barədə müzakirələrə aydınlıq gətirib.

 

Modern.az "Halk TV"yə istinadən xəbər verir ki, o, məsələnin hökumət formalaşdırılmadan danışılmasını doğru saymadığını bildirib.

 

"Nazirlik məsələsi hökumət qurulmadan danışılacaq bir məsələ deyil. Amma deyim ki, mən bu postu istəyərəm", - o əlavə edib.

 

***

15:18

 

"Qəti olaraq yalan xəbərdir. Belə bir məlumat yoxdur".

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) mətbuat xidmətinin əməkdaşı Ömer Topsakal Kılıçdaroğlu prezident seçilərsə, Özdağın daxili işlər naziri olacağı barədə iddialara münasibət bildirərkən deyib.

 

Beləliklə, CHP iddiaları təkzib edib.

 

***

10:46

 

Türkiyədə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağ daxili işlər naziri postunu tutacağı barədə paylaşım edib.

 

Modern.az xəbər verir ki, Özdağ bu barədə tviter səhifəsində yazıb.

Bu xəbər ilə bağlı
Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası
Xəbəri oxu

 

"Söz verirəm ki, suriyalıları daxili işlər naziri olaraq ölkədən yollayacağam. Bu gün saat 11:00-ı gözləyin", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Özdağ dünən "Millət İttifaqı"nın namizədi, CHP sədri Kemal Kılıçdaroğluna dəstək anonsu verib və protokol imzalanması ilə bağlı yekun razılıq əldə olunarsa, bu gün yerli vaxtla 11:00-da onunla birlikdə brifinq keçirərək hansı namizədi dəstəkləyəcəyini elan edəcək.

 

"ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.

 

İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib.

 

Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri