ABŞ Ermənistanda və digər Avrasiya ölkələrində modul tipli kiçik nüvə reaktorlarının tikintisini nəzərdən keçirir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa, Avrasiya və Mərkəzi Asiya üzrə dəstək proqramlarının kordinatoru Mariya Lonqi bildirib.
Məlumata görə, ABŞ belə addım atmaqla ölkələrin Rusiya və Çindən enerji asılılığını azaltmağa çalışır.
"Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş kiçik modul nüvə reaktorlarının imkanlarını qiymətləndiririk", - Lonqi deyib.