Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya dəstəyini növbəti dəfə ifadə edib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, Rusiyanın Qərbin Ukraynanı dəstəkləməkdən yorulması və bezməsinə çalışması strategiyasına toxunub.
"Qərb Rusiya ilə müharibədə Ukraynanı illər boyu dəstəkləməyə hazırdır. Rusiyanın Qərbin “yorğun və bezmiş” olmağını gözləmək strategiyası işə yaramayacaq", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.