Modern.az

Sabah Ramşteyn toplanır - Nələr müzakirə olunacaq?

Sabah Ramşteyn toplanır - Nələr müzakirə olunacaq?

24 May 2023, 11:46

Sabah Ramşteyndə Ukrayna üçün hava hücumundan müdafiə, sursat və F-16-lar təlim və tədarükü müzakirə olunacaq.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Pentqon sözçüsü Pat Rayder bildirib.

 

"Bu təmas qrupunda digərlərində olduğu kimi, hər şey Ukraynanın mövcud təhlükəsizlik vəziyyəti və onların ən aktual ehtiyacları haqqında ümumi məlumat verməsi ilə başlayacaq. Buna görə də, yerüstü hava hücumundan müdafiənin prioritet mövzusu olaraq qalacağını gözləyirəm. Müzakirə həmçinin döyüş sursatı barədə olacaq ki, bu, onların döyüşə tab gətirə bilməsini təmin edəcək. Sonra F-16 təlimi müzakirə olunacaq”, - o deyib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi