Modern.az

Özdağ ikinci turda Kılıçdaroğlunu DƏSTƏKLƏDİ

Özdağ ikinci turda Kılıçdaroğlunu DƏSTƏKLƏDİ

24 May 2023, 12:30

Türkiyədə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağ bu gün ikinci turda "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəklədiyini elan edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə mətbuata açıqlamasında danışıb.

 

"Zəfər Partiyası olaraq cənab Kılıçdaroğlunu dəstəkləmək qərarına gəldik. Bütün tərəfdarlarımızı ona səs verməyə çağırırıq", - siyasətçi bildirib.

 

O, qaçqınların qayıtması ilə bağlı konkret təkliflərinin qəbul olunduğunu ifadə edib.

 

"ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.

 

İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib.

 

Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər. 

Bu xəbər ilə bağlı
Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi