Modern.az

Ben Uolles Kiyevdən Putinə ismarış YOLLADI

Ben Uolles Kiyevdən Putinə ismarış YOLLADI

Dünya

24 May 2023, 12:52

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın paytaxtı Kiyevə gələrək Rusiya prezidenti Vladimir Putinə mesaj yollayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

Nazir bildirib ki, Putin başlatdığı müharibədə qalib gələ bilməyəcəyini başa düşməlidir, tərəfdaşların Ukraynaya dəstəyi sarsılmaz olaraq qalacaq.

 

"Prezident Putin başa düşməlidir ki, mənliyi və imperiya ambisiyaları naminə nə qədər rus əsgərini ölümə göndərsə də, başlatdığı bu qanunsuz müharibədə qalib gələ bilməz. O, uğur qazana bilməyəcək və beynəlxalq ictimaiyyət bu təcavüzə qarşı mübarizədə daha da güclənəcək", - Uolles deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi