Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasına (CAR) səfər edəcək.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
Məlumata görə, səfər iyunun 1-2-də baş tutacaq. Lavrov burada BRICS xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.