Modern.az

Papikyan Fransa səfirinə sərhəddəki vəziyyətdən DANIŞDI

Papikyan Fransa səfirinə sərhəddəki vəziyyətdən DANIŞDI

Dünya

24 May 2023, 13:56

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyonu qəbul edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş Müdafiə Nazirliyində baş tutub.

 

Görüş zamanı müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Fransa ikitərəfli əməkdaşlığına dair bir sıra məsələlər müzakirə olunub.

 

Səfirin xahişi ilə Papikyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatları da təqdim edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi