Modern.az

Akşenerdən Özdağın Kılıçdaroğlunu dəstəkləməsinə REAKSİYA

Akşenerdən Özdağın Kılıçdaroğlunu dəstəkləməsinə REAKSİYA

24 May 2023, 14:48

Türkiyədə müxalifətin "Millət İttifaqı"na daxil olan İYİ Partiyanın sədri Meral Akşener bu partiyadan qopmuş Zəfər Partiyasının ittifaqın namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləməsinə münasibət bildirib.

 

Modern.az "Halk TV"yə istinadən xəbər verir ki, o, Zəfər Partiyasının sədri Ümit Özdağın qərarından məmnun olduğunu deyib.

 

"Bu gün protokol imzalanmasından çox məmun oldum. Ümit bəyin gəlməsində heç bir problem yoxdur. Muharrem bəy (CHP-dən qopmuş Məmləkət Partiyasının sədri, bu partiyadan ilk turda əvvəlcə namizəd olmuş, daha sonra namizədliyini heç bir namizədi dəstəkləmədən geri götürmüş Muharrem İnce nəzərdə tutulur - red.) də gəlsin. Kaş Sinan Oğan da gələydi", - Akşener söyləyib.

 

Qeyd edək ki, İYİ Partiyadan qopmuş Zəfər Partiyası ilk turda "ATA İttifaqı"nı quraraq Sinan Oğanın namizədliyini dəstəkləyib. Oğan seçkidə məğlub olaraq sonuncu yeri tutub.

 

İlk turdan sonra "ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.

 

İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib. Bu gün ittifaqın əsas qüvvəsi hesab olunan Zəfər Partiyasının sədri Ümit Özdağ isə Kemal Kılıçdaroğlunu dəstəklədiklərini açıqlayıb.

 

Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.

Bu xəbər ilə bağlı
Prezidentliyə namizədlərin ailələri, övladları - NADİR FOTOLAR
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi