Ermənistan prezidenti Vahaqn Xaçaturyan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin adından verilən qəbulda və şam yeməyində iştirak edib.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatı məlumat yayıb.
Xatırladaq ki, Vahaqn Xaçaturyan Qətər İqtisadi Forumunda iştirak etmək üçün mayın 23-25-də Qətər Dövlətində işgüzar səfərdədir.
“Qlobal inkişafın yeni tarixi” adlı konfrans Qətər Əmirinin yüksək himayəsi altında keçirilir.