Adolf Hitlerin Avstriyanın Braunau şəhərində yerləşən evində polis əməkdaşları üçün kurs açılacaq.
Modern.az xəbər verir ki, bu barədə Avstriyanın "Salzburg24" nəşri məlumat yayıb.
Bildirilib ki, Hitlerin evində insan hüquqlarına dair ixtisasartırma kursları keçiriləcək.
Məlumata görə, bina polis orqanlarının ixtiyarına verilib. Bu addım ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.