Modern.az

Rusiya qazından imtina edin - Avropa ölkələrinə çağırış

Rusiya qazından imtina edin - Avropa ölkələrinə çağırış

25 May 2023, 08:54

Avropa Komissiyası ittifaq ölkələrini Rusiyadan qaz nəqlinin tam dayandırılmasına hazır olmağa çağırıb.


Modern.az xəbər verir ki, bununla bağlı Avropa İttifaqına üzv ölkələrə müraciət ünvanlanıb.


“Gələn qış üçün qaz anbarı hədəfləri 90 faiz səviyyəsində müəyyən edilib və Avropa İttifaqına üzv dövlətlərin təchizat sektorunda əməkdaşlıq etməsi şərti ilə, Aİ hətta Rusiya qazının həcminin tam olmaması şəraitində belə bu vəzifəni yerinə yetirə bilməlidir”,- məlumatda deyilir.


Qeyd edək ki, Rusiya qazının Avropa ölkələrinə idxalı 2022-ci ildə 50 faizdən çox azalaraq, təxminən 80 milyard kubmetrə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada hərbi vəziyyət-Əhaliyə bu qadağan edildi