"Hələ heç nə qərarlaşdırılmayıb".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında anklav məsələsindən danışarkən deyib.
Baş nazir çıxışı zamanı Ermənistan-Azərbaycan prosesində anklavlar məsələsinin həllinin mümkün yollarını açıqlayıb.
"İndiyə qədər heç bir qərar verilməyib, bəzi ideyalar var. Anklavlar mövzusu siyasi platformada çoxdan mövcuddur, Münhen və Brüsseldə keçirilən görüşlərdə bu məsələ qaldırılıb. Lakin bir çox incəliklər və hüquqi aspektlər var", - deyə Paşinyan bildirib.