KTMT Ermənistana monitorinq missiyası göndərməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.
O bildirib ki, təşkilat Ermənistana təxminən 30 nəfərdən ibarət missiya göndərmək istəyir.
Bundan əlavə, Paşinyan bir daha Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanımağa hazır olduğunu bəyan edib.