Modern.az

İnək gündə 10 litr süd verirsə, inək deyil - Paşinyandan qəribə açıqlama 

İnək gündə 10 litr süd verirsə, inək deyil - Paşinyandan qəribə açıqlama 

Dünya

24 May 2023, 20:03

Əgər inək soyuğa davamlı deyilsə, deməli, o inək deyil.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

 

Kənd təsərrüfatı ilə bağlı tənqidlərə cavab verən Paşinyan bildirib ki, ekspertlər Ermənistanda tövlələrin qızdırılmasını tövsiyə etmirlər.

 

“İstər şimalda, istər cənubda tövlə qızdırmaq kimi bir şey yoxdur. 21-ci əsrdə dünyada qızdırılan mal-qara tövləsi yoxdur”, - deyə Ermənistan Baş nazir bildirib.

 

O qeyd edib ki, gündə 10 litr süd verən inək müasir mənada inək deyil.

 

"Belə bir inək iqtisadi cəhətdən sərfəli deyil. Hər il gəlib deyirik: südün qiyməti düşdü. Yaxşı, südün qiymətini bir il, iki, 5-10, 100-200 il subsidiya verməklə saxlayaq. Neçə il subsidiya verməliyik?", - Paşinyan deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi