Modern.az

Paşinyan Rusiyaya getdi 

Paşinyan Rusiyaya getdi 

Dünya

24 May 2023, 20:23

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 

O, mayın 25-də Moskvada Avrasiya İqtisadi Şurasının növbəti sessiyasında iştirak edəcək. Səfər çərçivəsində Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. 

 

Bundan əlavə, Ermənistanın Baş nazirinin Rusiya Federasiyası Prezidenti və Azərbaycan Prezidenti ilə üçtərəfli görüşü nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi