Modern.az

Daha bir ölkə ukraynalı pilotların F-16 təliminə dəstək verəcək

Daha bir ölkə ukraynalı pilotların F-16 təliminə dəstək verəcək

24 May 2023, 22:10

Norveç ukraynalı pilotların F-16 qırıcılarında təliminə dəstək verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram məlumat verib.

 

O, hökumətin Ukraynanı F-16 qırıcıları ilə təmin edib-etməyəcəyinə hələ qərar vermədiyini bildirib. "Hökumət bu təşəbbüsü dəstəkləyir, Norveçin müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə necə kömək edə biləcəyini düşünür", - nazir deyib.

 

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələri üçün F-16 pilotlarının hazırlanması proqramını təsdiqləyib.

 

Böyük Britaniya və Polşa daha əvvəl ukraynalı pilotların təliminə başlamağa hazır olduqlarını bəyan ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi