ABŞ hansı ölkədə olmasından asılı olmayaraq Azərbaycanla Ermənistan arasında danışıqları dəstəkləyir.
Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller sabah Moskvada keçiriləcək üçtərəfli görüşə münasibət bildirərkən deyib.
O qeyd edib ki, tərəflərin nizamlanma üzrə dialoqu davam etdirməsi üçün Vaşinqton birbaşa təmasları dəstəkləyir.
Xatırladaq ki, sabah Moskvada Azərbaycan, Rusiya, Ermənistan liderlərinin görüşü keçiriləcək.