Modern.az

Qubernator ABŞ prezidenti olmaq istəyir

Qubernator ABŞ prezidenti olmaq istəyir

Dünya

24 May 2023, 23:38

Florida qubernatoru Ron Desantis ABŞ-da prezidentlik yarışına qatılıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, 44 yaşlı Desantis 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək istəyir.

 

O, namizədliyini irəli sürməzdən əvvəl Respublikaçıların prezidentliyə namizədi olmalıdır. Desantisin bu yarışda ən böyük rəqibi ABŞ-ın keçmiş prezidenti Donald Tramp olacaq.

 

Onlardan başqa Respublikaçılar Partiyasında prezidentlik yarışına qatılan şəxslər ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Nikki Heyli, Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson, Nümayəndələr Palatasının keçmiş senatoru Tim Skott, texnologiya sahibkarı Vivek Ramasvami və mühafizəkar tok-şou aparıcısı Larri Elderdir.

 

Mətbuatda yayılan məlumata görə, yarışda ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi də iştirak edə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi