Ukraynanın ilk hədəfi Rusiya prezidenti Vladimir Putindir.
Modern.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bildirib.
O deyib ki, idarənin prioritet vəzifəsi hücum əmri verən bölmə komandirlərinin məhv edilməsidir. Burada həmin şəxs Putindir.
Xatırladaq ki, Ukrayna kəşfiyyatı bundan əvvəl Rusiyada baş verən sui-qəsdlərdə iştirak etmədiyini deyib.