Modern.az

Türkiyədə kütləvi dava - 11 nəfər xəsarət aldı

Türkiyədə kütləvi dava - 11 nəfər xəsarət aldı

Dünya

25 May 2023, 08:07

Türkiyənin Mardin vilayətində keçirilən toy mərasimində iki ailə arasında düşmənçilik zəminində dava zamanı 11 nəfər xəsarət alıb.

 

Modern.az bu barədə “Haber Global”a istinadən xəbər verir.

 

Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Kütləvi davaya polislər son qoyub.

 

Yaralılara hadisə yerində ilk tibbi yardım göstərilib, xəsarət alanlar sonra Mardin Təhsil və Araşdırma Xəstəxanasına və Qızıltəpə Dövlət Xəstəxanasına aparılıblar.

 

Polis kütləvi davanın təhrikçilərinin saxlanılması üçün əməliyyata başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi