Modern.az

Stoltenberqin nümayəndəsi Gürcüstanda görüşlər keçirdi

Stoltenberqin nümayəndəsi Gürcüstanda görüşlər keçirdi

Dünya

25 May 2023, 10:32

NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstanda bir sıra görüşlər keçirib.

 

Modern.az xəbər verir ki, Kolomina tviter səhifəsində bu barədə yazıb.

 

"Gürcüstanda prezident Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili, XİN başçısı İlia Darçiaşvili, müdafiə naziri Cuanşir Burçuladze və müxalifətlə yaxşı müzakirələr apardım. Müzakirə mövzuları NATO-Gürcüstan əməkdaşlığı, Vilnüs sammiti, islahatlar, demokratik standartlar, Ukraynaya davam edən dəstəyin artırılması idi. NATO Gürcüstana və onun Avro-Atlantik hədəflərinə sadiqdir", - o qeyd edib.

 

Xatırladaq ki, Kolomina bundan əvvəl Ermənistanda səfərdə idi. Onun bu gün Azərbaycana gəlməsi gözlənilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi