Modern.az

Müharibə başlayandan 3 dəfə yaralanmışam - Budanov ilk dəfə AÇIQLADI

Müharibə başlayandan 3 dəfə yaralanmışam - Budanov ilk dəfə AÇIQLADI

Dünya

25 May 2023, 11:32

Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ilk dəfə xəsarət almasından danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

O bildirib ki, ümumilikdə əməliyyatlar zamanı 3 yara alıb.

 

"Onlardan biri ağır oldu. Ürəyimin altına qəlpə girdi. Onu bədəndən çıxarmaq mümkün deyil, təhlükəlidir. Belim və boynum deşildi. Mən özüm cəbhə xəttini adrenalinlə, təxminən 5 kilometr keçdim, sonra yoruldum. Yaram ağır idi”, - deyə Budanov söyləyib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti