Lavrov Çinin xüsusi nümayəndəsi ilə görüşəcək

Lavrov Çinin xüsusi nümayəndəsi ilə görüşəcək

25 May 2023, 12:28

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Çin Xalq Respublikasının Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin Rusiya Federasiyasına qarşıdakı səfəri ilə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, Rusiya XİN-in məlumatında deyilir:

 

"Mayın 26-da Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin Ukrayna böhranı ilə bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya səfər edəcək ÇXR hökumətinin Avrasiya regionu üzrə xüsusi nümayəndəsi Li Hui ilə görüşü planlaşdırılıb. Həmin gün Li Hui Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov tərəfindən qəbul ediləcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təcili: Xankəndidə dinc əhalini separatçı qalıqları girov götürdü