Modern.az

Lavrovun müavini sülh müqaviləsindən DANIŞDI: Tərəflər özləri həll edir

Lavrovun müavini sülh müqaviləsindən DANIŞDI: Tərəflər özləri həll edir

Dünya

25 May 2023, 12:32

"Ermənistan-Azərbaycan sülh müqaviləsi uzunmüddətli, davamlı həll yollarına əsaslanmalıdır".

 

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə müsahibəsində deyib.

 

Nazir müavini bildirib ki, onların fundamental maraqlarına nəyin cavab verdiyini və davamlı sülhü necə təmin etmək niyyətində olduqlarını tərəflər özləri həll edirlər.

 

"Bu məsələlərin həssaslığını nəzərə alaraq, Moskva irəliləyişə mane olmamaq üçün danışıqlar prosesinin gedişatını şərh etmir. Lakin Rusiya hər cür şəkildə dinc dialoqu dəstəkləyir, təmas nöqtələrini tapmağa, tərəflərə uyğun olan razılaşmalara və kompromislərə kömək edir. Normallaşma üçtərəfli sazişlər əsasında uzlaşmanın yol xəritəsini formalaşdırır. Burada nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədin delimitasiyası və vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafından söhbət gedir", - o əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi