Modern.az

Ərdoğan Kılıçdaroğlunu qabaqladı - SORĞU

Ərdoğan Kılıçdaroğlunu qabaqladı - SORĞU

Dünya

25 May 2023, 13:24

Türkiyənin anket şirkətləri mayın 28-də keçiriləcək ikinci tur prezident seçkiləri ilə bağlı sorğuları davam etdirir.

 

Modern.az xəbər verir ki, son olaraq "Asal Araşdırma" anket şirkəti rəy sorğusu keçirib.

 

Məlumata görə, sorğuda 26 vilayət üzrə 2184 nəfərin rəyi öyrənilib. Sorğunun nəticəsinə görə, Cümhuriyyət Xalq Partiyasının sədri, "Millət İttifaqı"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə "Cümhur İttifaqı"nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında səs fərqi  7 faizdir. 

 

Belə ki, respondentlərin 53,4 faizi Rəcəb Tayyib Ərdoğana, 46,6 faizi isə Kamal Kılıçdaroğluna səs verib.

 

Qeyd edək ki, prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.

 

Mayın 28-də keçiriləcək ikinci turda Ərdoğan və Kılıçdaroğlu yarışacaq. Qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq