Modern.az

Britaniya ukraynalılara F-16 təlimi keçən ilk ölkə olacaq

Britaniya ukraynalılara F-16 təlimi keçən ilk ölkə olacaq

25 May 2023, 13:36

Böyük Britaniya ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçirməyə başlayan ilk ölkə olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Foreign Policy" Britaniya hökumətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, söhbət "yerüstü əsas təlim"dən gedir. Nəşrin məlumatına görə, Ukrayna kursun öyrənilməsini sürətləndirmək üçün artıq ingilis dilini yaxşı bilən 20 pilotu təlimə göndərməyə hazırdır.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi