Britaniya 1932-1933-cü illərdəki Qolodomor hadisələrini ukraynalıların soyqırımı kimi tanıyıb.
Modern.az xəbər verir ki, qərarı Britaniya parlamentinin aşağı palatası qəbul edib.
Səsvermə mühafizəkar deputat Pauline Lethamın təşəbbüsü ilə keçirilib. Qərar heç bir konkret addımı nəzərdə tutmur.
Qolodomor hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının bu cinayətin qurbanı olduqlarını iddia edirlər.