Modern.az

Türkiyə seçkiləri: Xaricdə səs verənlərin sayı 2 milyona çatır

Türkiyə seçkiləri: Xaricdə səs verənlərin sayı 2 milyona çatır

25 May 2023, 23:41

Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində və sərhəd-buraxılış məntəqələrində səs verənlərin sayı 1 milyon 902 min 417 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyası məlumat yayıb.

 

Bildirilib ki, prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı ilk turda səs verənləri keçib. Belə ki, prezident seçkilərinin birinci turunda 1 milyon 839 min 470 nəfər səs verib. Üstəlik ilk turda xaricdə səsvermə müddəti 13 gün olub.

 

Qeyd edək ki, xaricdəki nümayəndəliklərdə səsvermə proseduru mayın 24-də başa çatıb, sərhəd-buraxılış məntəqələrində isə mayın 28-i saat 17.00-dək davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır