Modern.az

Hələ də nizamlanmamış məsələlər var - PUTİN

Hələ də nizamlanmamış məsələlər var - PUTİN

25 May 2023, 23:55

Ermənistan və Azərbaycan arasında müəyyən çətinliklər var, buna baxmayaraq vəziyyət nizamlanma istiqamətində inkişaf edir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli zirvə görüşündə deyib.

 

O, Azərbaycan və Ermənistan tərəfinə növbəti görüşün keçirilməsinə operativ reaksiya verdiklərinə görə təşəkkür edib.

 

"Məhz bizim format sayəsində çox şeylərə nail olunub. 2020-ci ildə təkcə hərbi əməliyyatlara son qoyulmayıb, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması və sərhədlərin delimitasiyası ilə bağlı işə başlanılıb. Bu müddət ərzində çox hadisələr baş verib. Detallara varmayacam", - Putin bildirib.

 

Rusiya liderinin sözlərinə görə, hələ də nizamlanmamış məsələlər var. Lakin bu problemlər sırf texniki xarakter daşıyır: "Mənim fikrimcə və bizim fikrimizcə - mən hər üçümüzün fikrini nəzərdə tuturam - Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin - bunlar aşıla bilən maneələrdir, ümumiyyətlə, bunlar sırf texniki məsələlərdir".

 

Putin qeyd edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qalan məsələlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin gələn həftə görüşü planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?