Modern.az

Münaqişənin yaxın gələcəkdə hərbi həlli yoxdur - General

Münaqişənin yaxın gələcəkdə hərbi həlli yoxdur - General

Dünya

26 May 2023, 00:15

Ukraynanın strateji məqsədinə - ölkənin bütün ərazilərinin Rusiya qoşunlarından azad edilməsinə nail olmaq uzunmüddətli perspektiv məsələsidir.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Baş Qərargah rəisi Mark Milli deyib.

 

O, Ukraynadakı münaqişənin “yaxın gələcəkdə” hərbi yolla həllini istisna edib.

 

“Ukraynanın strateji məqsədləri Rusiya tərəfindən işğal olunmuş bütün Ukrayna torpaqlarını azad etməkdir. Ukraynanın işğal olunmuş ərazilərində bir neçə yüz min rus əsgəri var. Buna hərbi yolla nail olmaq olar, lakin çox güman ki, yaxın gələcəkdə yox”, - deyə Milli mətbuat konfransında bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!