Modern.az

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

26 May 2023, 08:07

Yaponiya Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları sərtləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Siyahıya Yaponiyadakı aktivləri dondurulan Rusiyadan olan 17 fiziki şəxs və 78 təşkilat daxildir. Həmçinin 80 təşkilat üçün ixrac məhdudiyyətləri tətbiq edilib.

 

Bundan əlavə, bir sıra Rusiya hərbçilərinə, o cümlədən Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanı Mixail Zuskoya və Rusiya Quru Qoşunlarının Raket və Artilleriya Qüvvələrinin rəisi Mixail Matveevskiyə qarşı sanksiyalar tətbiq olunub.

 

İxrac məhdudiyyətləri Təkmil Araşdırmalar Fonduna, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətə, Avtomatika Konserni Səhmdar Cəmiyyətinə, "KamAZ" şirkətinə də tətbiq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub