Modern.az

Ermənistan diplomatik korpusu yeniləyir

Ermənistan diplomatik korpusu yeniləyir

26 May 2023, 11:22

Ermənistanın diplomatik korpusunda ciddi kadr dəyişikliyi gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazıb.

 

Nəşrin məlumatına görə, Baltikyanı ölkələrdəki səfir Hovhannes İgityan geri çağırılacaq. Həmçinin Ermənistanın Danimarka, Norveç, İsveç, Finlandiya, İslandiyadakı səfiri Aleksandr Arzumanyan da dəyişdiriləcək.

 

Bundan başqa, Ara Markaryan Litvaya diplomatik nümayəndə təyin olunacaq. Ermənistanın Niderland və Lüksemburqdakı səfiri Tiqran Balayan isə Brüsselə göndəriləcək.

 

Qeyd olunub ki, bunlarla yanaşı, digər dəyişikliklər də gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir