Modern.az

Paşinyan Gürcüstan prezidenti və baş nazirinə məktub yolladı

Paşinyan Gürcüstan prezidenti və baş nazirinə məktub yolladı

Dünya

26 May 2023, 12:22

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan prezidenti Salome Zurabişviliyə və baş nazir İrakli Qaribaşviliyə məktub göndərib.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

 

Göndərilən məktubda Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik yer alıb.

 

Qeyd edək ki, Gürcüstan 26 may 1918-ci ildə müstəqilliyini elan edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü