Lui Bono Qriqoryanla görüşdü

Lui Bono Qriqoryanla görüşdü

Dünya

26 May 2023, 14:18

ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Lui Bono Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

 

Modern.az xəbər verir ki, görüş Bononun İrəvana səfəri çərçivəsində baş tutub.

 

Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, sərhədlərin delimitasiyası və təhlükəsizliyi, eləcə də Qarabağla bağlı məsələləri müzakirə ediblər. Qriqoryan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib.

 

Tərəflər həmçinin Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə prezident seçkisində son durum: İlk açıqlama gəldi