Modern.az

Paşinyanın siyasəti müharibəyə gətirib çıxaracaq - Sabiq nazir

Paşinyanın siyasəti müharibəyə gətirib çıxaracaq - Sabiq nazir

Dünya

26 May 2023, 14:40

"Dövləti itirmək üçün real təhlükə var".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan ilk xarici işlər naziri, müxalif İrs Partiyasının lideri Raffi Ovannisyan mətbuat konfransında deyib.

 

"Əgər bunun qarşısını almaq üçün heç nə etməsək, ölkəni təslim etmək və məhv yolundayıq. Xalq öz səlahiyyətlərindən istifadə edib küçələrə çıxmalıdır. 5 il əvvəl xalq azadlıq mübarizəsində qalib gəldi, lakin sonralar hakimiyyətin sükanı ümumxalq qələbəsini mənimsəmiş, tamamilə fərqli məqsədlər güdən dar bir qrup insanların əlinə keçdi", - deyə o bildirib.

 

"Dövlətdə vicdanlı işçilər, orduda yaxşı zabitlər var, amma heç kim dağıdıcı proseslərə etiraz etməyə cürət etmir. Dövlət, millət və vətəndaş xəyanəti baş verir. Bu kontekstdə Azərbaycanla sülh müqaviləsi də vəziyyəti xilas etməyəcək. Paşinyanın məğlubiyyət siyasəti onsuz da müharibəyə gətirib çıxaracaq", - Ovannisyan iddia edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar