Modern.az

Sülh müqaviləsi ratifikasiya üçün uzun bir yol keçməlidir - Erməni deputat

Sülh müqaviləsi ratifikasiya üçün uzun bir yol keçməlidir - Erməni deputat

26 May 2023, 15:18

"Azərbaycanla müqavilə ratifikasiya üçün uzun bir yol keçməlidir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının deputatı, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan parlamentdə keçirdiyi brifinqdə bildirib.

 

"İrəvanla Bakı arasında sülh sazişinin mətninin razılaşdırılması prosesi davam edir və bütövlükdə bu prosesi müsbət qiymətləndirmək olar. Müqavilə hökumət tərəfindən təsdiqlənməlidir, sonra Konstitusiya Məhkəməsi onun ölkənin əsas qanunlarına uyğunluğunu yoxlayacaq, daha sonra sənəd parlamentdə ratifikasiya olunacaq, bundan sonra prezident onu imzalayacaq. Eyni proses Azərbaycanda da keçməlidir.Yalnız bütün bunlardan sonra müqavilə qüvvəyə minəcək", - erməni deputat əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi